Üstünüzə soyuq hava axını vurmayan kondisioner seçimində məsləhət – FOTO
Yayın gəlməsi və istilərin başlaması ilə bizi ən çox düşündürən: “Hansı kondisioneri almaq daha yaxşı olar?” sualıdır.
Bu məqsədlə istənilən mağazaya daxil olaraq, bir iki modellə tanış olduqdan sonra, rejim adları və yeni funksiyalar arasında tam qərarsız qalırsan. Bu səbəbdən, bu gün məhz Samsung-un təqdim etdiyi WindFree ™ texnologiyasına sahib olan kondisionerlərin diqqətinizə layiq olmasının 4 səbəbini müzakirə edəcəyik.
1. WindFree ™ texnologiyası
Sözü gedən bu texnologiyaya sahib olan kondisionerlər üstünüzə vuran soyuq hava axınını ləğv edərək, təyin olunmuş temperaturu effektiv şəkildə qoruyub saxlayır. Bunun səbəbi soyuq hava kütləsinin WindFree ™-nin korpusu boyunca quraşdırılmış 23.000 mikro dəlikdən püskürdülməsidir. Soyuq havan axınının dəliklərdən bərabər şəkildə paylanması səbəbindən məkan daxilində daimi sərinlik təmin edilir. Üstünüzə vuran dondurucu hava axını olmadan fərəhləndirici sərinyin dadını çıxarın.
2. Daha az səs və enerjiyə qənaət.
Qeyd olunan kondisioner Digital Inverter Boost adlanan rəqəmsal inverter kompressoru ilə təchiz edilmişdir və üç mərhələli soyutma sisteminə malikdir. Yüksək səmərəliyə sahib olan inverter kompressoru daimi yanıb/sönmələr olmadan istənilən temperaturu qoruyub saxlayır. Bu səbəbdən kondisioner elektrik enerjisini 73%-ə qədər daha az sərf edir və konstruksiyasında istifadə olunan xüsusi maqnitlər sayəsində daha səssiz işləyir. Əlavə olaraq, güclü kompressor, iki borulu səsboğucu sayəsində daha səssiz işləyir. Sözü gedən səsboğucu işləmə səsini 40% azaldır.
3. Üçqat müdafiə filtri.
İstənilən məkanın kondisioner ilə soyudulma prosesinin əsas məqamı otaqdakı, havanın təmiz və gigiyenik olmasıdır. Bu səbəbdən WindFree ™ üçqat müdafiə filtri ilə təchiz edilmişdir. Belə ki, burada istifadə olunan üç qatlı material tozdan, saçdan, böyük hissəciklərdən, viruslardan, bakteriyalardan və allergenlərdən qoruyur. Belə bir filtrasiya sayəsində otaqdakı hava, bakteriyalardan belə mükəmməl şəkildə təmizlənəcəkdir. Filtr elementləri əlçatmaz hissələrdə yerləşdirilmiş adi kondisionerlərdən fərqli olaraq, yeni Samsung kondisionerinin filtrləri üst paneldə quraşdırılmışdı. Onları asanlıqla çıxara, təmizləyə və yenidən yerinə quraşdıra bilərsiniz. Əlavə olaraq, kondisioner daxilində gigiyenik mühitin qorunması üçün WindFree ™ avtomatik təmizləmə sistemi ilə təchiz edilmişdir. İşləmə prosesi tamamlandıqdan sonra avtomatik təmizləmə 3 mərhələli şəkildə istilik dəyişdiricisini qurudur. O, 10-30 dəqiqə ərzində hava üfürərək nəmi və rütubəti aradan qaldırır. Beləliklə, bakteriya və qoxuların yaranmasının qarşısı alınır.
4. Rahat yuxu rejimi.
WindFree ™ texnologiyası ilə rahat yuxu zamanıdır! Təkmilləşdirilmiş hava qapaqları hava axınını bərabər şəkildə paylayır, WindFree™ Sleep Mode isə temperatur göstəricilərini nəzarət altında saxlayaraq, daha sürətli yuxuya getməyinizə və yuxudan daha təravətli oyanmağınıza kömək edir. Xüsusi rejim yuxu fazalarını təhlil edərək, soyutma şərtlərini onlara uyğun şəkildə tənzimləyir. Buna misal olaraq , "Sürətli Soyutma" rejimi, kompressor və havalandırmanı maksimum gücdə 43% daha sürətli işlədərək havanı tez bir zamanda soyutmağa imkan verir. Hər bir detalı dəqiqliklə düşünülmüş dizayn sayəsində kondisionerdə 15% daha böyük ventilyator, 18% daha geniş hava kanalı, 31% daha geniş pər qurraşdırılmışdır. Bu səbəbdən hava bərabər şəkildə və daha uzun məsafəyə paylanır.
WindFree™ texnologiyası ilə təchiz olunmuş Samsung kondisionerləri haqqında ətraflı məlumatı Baku Electronics, Irşad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Reklam hüququnda