Azərbaycanda bir gündə 368 toy olub - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bir gündə 368 toy olub - RƏSMİ

S.Xankişiyeva17:36 - 07 / 09 / 2021
Azərbaycanda bir gündə 368 toy olub - RƏSMİ

Azərbaycanda iyulun 1-dən bu günə - 38 gün ərzində 14 min nikah qeydə alınıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox olub.

2020-ci il iyul ayının 1-dən avqustun 7-dək Azərbaycanda cəmi 6 min 230 nikah bağlanıb.

Hesablamalara görə, bu il iyulun 1-dən bu günə qədər Azərbaycanda bir gündə 368 nikah mərasimi keçirilib.

Paylaş:
446

Son xəbərlər

Bütün xəbərlər