Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə peyvənd vurulacaq - QƏRAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə peyvənd vurulacaq - QƏRAR

Qafar Ağayev09:25 - 07 / 09 / 2021
Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə peyvənd vurulacaq - QƏRAR

Cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi aşağıdakı qərarları qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur:


1. Azərbaycan Respublikasında istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.


2. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.


3. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.


Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Paylaş:
868

Son xəbərlər

Bütün xəbərlər