Bakıda bu ünvanda piyada səkisi tikinti şirkəti tərəfindən zəbt edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bu ünvanda piyada səkisi tikinti şirkəti tərəfindən zəbt edilib

Qafar Ağayev12:24 - 08 / 09 / 2021
Bakıda bu ünvanda piyada səkisi tikinti şirkəti tərəfindən zəbt edilib

Daha bir ünvanda piyada səkisi tikinti şirkəti tərəfindən zəbt edilərək qanunsuz parklanma yeri təşkil edilib.

1news.az-ın məlumatına görə, Nizami rayonu Tofiq Abbasov küçəsində "Orbita" MTK müvafiq razlıq olmadan piyada səkisinin bir hissəsində avtomobillər üçün parklanma yeri təşkil edib. Nəticədə piyadaların rahat hərəkəti üçün ciddi maneələr yaranıb, təhlükəsizlik səviyyəsi aşağı düşüb.

BNA-dan bildirilib ki, məsələ nəzarətə götürülüb və müvafiq hüquqi tədbirlər görülür.

Paylaş:
371

Son xəbərlər

Bütün xəbərlər