Sabahın hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

13:01 - 08 / 09 / 2021
Sabahın hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabr ayının 9-na olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz havanın arabir tutulacağı, Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-19° isti, gündüz 24-26° isti, Bakıda gecə 17-19° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.

1news.az

Paylaş:
272

Son xəbərlər

Bütün xəbərlər