İcra başçısı ilə vətəndaşlar arasında nə baş verib? - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İcra başçısı ilə vətəndaşlar arasında nə baş verib? - VİDEO

15:43 - 09 / 09 / 2021
İcra başçısı ilə vətəndaşlar arasında nə baş verib? - VİDEO

Sosial şəbəkələrdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla vətəndaşlar arasında baş verən gərginliklə bağlı video yayılıb.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, sözügedən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Bildirilir ki, hadisə rayonun Seydimli kəndində baş verib. İcra başçısı ilə görüş zamanı kənd sakinləri Vətən müharibəsi zamanı onların evlərinə dəymiş ziyanın ödənilməməsinə görə etiraz ediblər. Bundan əlavə, M. Məmmədovun onun videosunu çəkən vətəndaşlara polis vasitəsilə təzyiq etdiyi iddia edilir.

1news.az

Paylaş:
459

Son xəbərlər

Bütün xəbərlər