Nizaməddin Quliyevə görə bu şəxslər karantinə alındı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nizaməddin Quliyevə görə bu şəxslər karantinə alındı

S.Xankişiyeva16:50 - 09 / 09 / 2021
Nizaməddin Quliyevə görə bu şəxslər karantinə alındı

Koronavirusdan vəfat edən Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevlə Gəncə İstintaq Təcridxanasında kontaktda olan bütün şəxslər karantinə götürülüb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Ədliyyə Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi hazırda onların səhhətinə xüsusi nəzarət edir.

Xatırladaq ki, Ağstafa rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyev Gəncə İstintaq Təcridxanasında koronavirusa yoluxub. Sentyabrın 7-də səhhəti pisləşən sabiq icra başçısı Gəncə modul tipli xəstəxanaya yerləşdirilsə də, sentyabrın 8-də orada dünyasını dəyişib.

Paylaş:
454

Son xəbərlər

Bütün xəbərlər