Azərbaycanda səfirin həyat yoldaşı qəzaya düşdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda səfirin həyat yoldaşı qəzaya düşdü

13:25 - 10 / 09 / 2021
Azərbaycanda səfirin həyat yoldaşı qəzaya düşdü

Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb.

1news.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Nəsimi rayonu ərazisində Avstriya səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Səfirin həyat yoldaşının idarə etdiyi “Mercedes” markalı avtomobil Bakı sakininin idarə etdiyi maşına arxadan çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Fakt üzrə araşdırma aparılır.

Oxu.Az məsələ ilə bağlı Avstriyanın ölkəmizdəki səfirliyinə müraciət edib. Səfirlik hadisəni şərh etməyib.

Paylaş:
282

Son xəbərlər

Bütün xəbərlər