Kəmaləddin Heydərov Yevgeni Ziniçevlə vida mərasimində iştirak edib – FOTO ​​​​​​​ | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəmaləddin Heydərov Yevgeni Ziniçevlə vida mərasimində iştirak edib – FOTO ​​​​​​​

S.Xankişiyeva15:28 - 10 / 09 / 2021
Kəmaləddin Heydərov Yevgeni Ziniçevlə vida mərasimində iştirak edib – FOTO ​​​​​​​

Bu gün Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhərində yerləşən Böhran Vəziyyətlərində Milli İdarəetmə Mərkəzinin inzibati binasında sentyabrın 8-də faciəli şəkildə həlak olmuş Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri ordu generalı Yevgeni Ziniçevlə vida mərasimi keçirilib.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mərasimdə iştirak edib, mərhumun xatirəsinə ehtiramını bildirib.

Nazir mərasimdə iştirak edən Y.Ziniçevin ailə üzvlərinə, yaxınlarına və Rusiya Fövqəladə Hallar Nazirliyinin kollektivinə başsağlığı verib.

Paylaş:
622

Son xəbərlər

Bütün xəbərlər