“Azadinfo.az” saytının rəhbəri saxlanılıb - Baş Prokurorluq
"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, o, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təsdiqləyiblər. Qurumdan bildiriblər ki, ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, "Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.
1news.az
295












