Sahibə Qafarova Qazaxıstan Parlamentinin nümayəndə heyəti ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibə Qafarova Qazaxıstan Parlamentinin nümayəndə heyəti ilə görüşüb - FOTO

Qafar Ağayev16:55 - 13 / 09 / 2021
Sahibə Qafarova Qazaxıstan Parlamentinin nümayəndə heyəti ilə görüşüb - FOTO

Sentyabrın 13-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan spiker, dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən razılığını bildirib. Xalqlarımız arasında çox qədim tarixə malik münasibətlərin dövlətlərimiz müstəqillik qazandıqdan sonra Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev tərəfindən uğurla inkişaf etdirildiyini vurğulayan Sahibə Qafarova qeyd edib ki, bu siyasət Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən hazırda ardıcıllıqla davam etdirilir.

Qanunverici orqanlarımız arasında əlaqələr haqqında məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, ikitərəfli münasibətlərimiz parlamentlər səviyyəsində də yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları mövcuddur və deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi ikitərəfli əlaqələrin inkişafına töhfə verir. O, xüsusilə, TÜRK PA çərçivəsində əməkdaşlığı qeyd edib.

Daha sonra spiker Sahibə Qafarova qonaqlara Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər və regionda yeni yaranmış şərait haqqında geniş məlumat verib. O deyib ki, 2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Bununla həm də Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini öz gücü hesabına həyata keçirib. Qarabağ münaqişəsinin artıq tarixə çevrildiyini bildirən Milli Məclisin sədri bildirib ki, hazırda Azərbaycan azad edilmiş əraziləri bərpa edir, yenidən qurur. Sahibə Qafarova həmçinin xatırladıb ki, Ermənistan işğal altında saxladığı şəhər və rayonlarımızı, kəndlərimizi, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb. O, Qazaxıstan nümayəndə heyətinin Şuşa və Füzuli rayonlarına səfər etdiyini, Ermənistan tərəfindən törədilən vandalizmi öz gözləri ilə gördüyünü bildirib.

Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan səmimi qəbul və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu söyləyib. O deyib ki, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız inkişaf edir. Aygul Kuspan xalqlarımız arasındakı əlaqələrin hazırda iki ölkənin dövlət başçıları tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Qazaxıstan Parlamenti Məclisinin komitə sədri qanunvericilik orqanları arasında münasibətlərə də toxunaraq, dostluq qruplarının uğurlu fəaliyyətini təqdir edib.

Aygul Kuspan Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfər münasibətilə təbriklərini çatdıraraq, işğaldan azad olunmuş Şuşa və Füzuliyə səfərləri və orada gördükləri haqqında təəssüratlarını söyləyib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
535

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər