Türkiyənin koronavirusa qarşı istehsal etdiyi peyvənd Azərbaycanda sınaqdan keçiriləcək? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyənin koronavirusa qarşı istehsal etdiyi peyvənd Azərbaycanda sınaqdan keçiriləcək? - AÇIQLAMA

10:24 - 13 / 09 / 2021
Türkiyənin koronavirusa qarşı istehsal etdiyi peyvənd Azərbaycanda sınaqdan keçiriləcək? - AÇIQLAMA

Türkiyənin koronavirusa qarşı ilk yerli peyvəndi olan TURKOVAC-ın sınaqları Azərbaycanda da aparıla bilər.

1news.az-ın xəbərinə görə, Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, hazırda TURKOVAC vaksininin sınaqlarının keçirilməsi ilə bağlı Səhiyyə Nazirliyi və TƏBİB-in Elmi Şurası yanında müzakirələr aparılır. Bu barədə ətraflı məlumat ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca TURKOVAC-ın təcili istifadə üçün müraciət mərhələsinə çatdığını və müsbət cavab gələcəyi təqdirdə, oktyabrdan kütləvi istehsalına başlanılacağını qeyd edib..

Türkiyə prezidentinin köməkçisi Fuat Oktay isə ötən gün bildirib ki, peyvəndin kliniki sınaqlarının üçüncü mərhələsi ilə əlaqədar Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa daxil olmaqla bir çox ölkə ilə danışıqlar davam edir.

Paylaş:
255

Son xəbərlər

Bütün xəbərlər