“Azərxalça” ilk dəfə Moskvada xalçalarını sərgiləyib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərxalça” ilk dəfə Moskvada xalçalarını sərgiləyib - FOTO

Qafar Ağayev15:31 - 14 / 09 / 2021
“Azərxalça” ilk dəfə Moskvada xalçalarını sərgiləyib - FOTO

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı və Azərbaycanın Rusiya Federasiyasında ticarət nümayəndəliyinin də iştirakı ilə “Azərxalça” ASC öz məhsullarını Moskva şəhərində keçiriləcək “Heimtextil Russia 2021” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib.

1news.az xəbər verir ki, qədim sənət nümunəsi, milli irsimiz olan Azərbaycan xalçaları Moskvada ilk dəfə olaraq xüsusi milli stenddə nümayiş edilib.

2021-ci ilin sentyabr ayının 14-16-da keçiriləcək Rusiyanın ev tekstili, interyer parçaları və dekor materialları sahəsi üzrə ən iri beynəlxalq “Heimtextil Russia 2021” sərgisində təkcə Rusiyadan deyil, digər ölkələrdən də şirkətlər qatılıblar. Sərgidə interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri “Made in Azerbaijan” brendi altında vahid ölkə stendi ilə təmsil olunacaq. Sərgidə ənənəvi (klassik) Azərbaycan xalçaları ilə yanaşı “Azərxalça” nın son zamanlarda yerli və dünya bazarına çıxardığı yeni üslublu, modern xalçaları da nümayiş olunub. Təlabatı nəzərə alaraq Qarabağ xalçaları daha üstünlük təşkil edib.

Azərbaycan Respublikasının sərgidəki milli pavilionunun açılış mərasimi 11:30-13:00 arası baş tutub. Mərasimdə Azərbaycanın Rusiya Federasiyasında ticarət nümayəndəsi Ruslan Əliyev və başda “Azərxalça” ASC-nin İdarə Heyətinin Sədri Emin Məmmədov olmaqla cəmiyyətin yaradıcı qrupu da iştirak edib.

Məlumat üçün bildirək ki, Moskva şəhərinin düz mərkəzində yerləşən Mərkəzi Sərgi Kompleksi “Ekspocenter” də təşkil olunan sərgiyə hər il ümumi hesabla 17 min mütəxəssis baş çəkir. Digər illərdən fərqli olaraq 2021 -ci ildə “Heimtextil Russia” eyni vaxtda və bir məkanda “Interlight Russia | Intelligent building” və “Techtextil Russia” sərgiləri ilə birləşərək iştirakçıların məhsullarını – ev tekstili məhsulları, interyer parçaları, divar kağızları, boya, dekorativ işıqlandırma, ağıllı evlər üçün sistemlər və ev aksesuarları və s. nümayiş etdirmək üçün qlobal bir platforma yaradır.

Sərgi zamanı dizaynerlər və dekorativ sahə mütəxəssislərinin tekstil dizaynı və daxili dekorasiya ilə bağlı mühazirələri keçiriləcib. Söhbət əsasən trendlər və yeni məhsullar üzərində qurulub. Avropa və Rusiyadan olan aparıcı dekorativlər, dizaynerlər, memarlar, mühazirə salonunda təcrübələrini və ən gözə çarpan layihələrini bölüşüblər.

Diqqət evlərin və ya mənzillərin interyerlərinə deyil, eyni zamanda restoranların, klubların, barların və digər iaşə obyektlərinin, həmçinin ofislər və sənaye binalarının təchiz olunmasına xüsusi diqqət yetirilib.

Paylaş:
497

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər