Çörək istehsalı müəssisəsində sanitariya pozuntusu aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Çörək istehsalı müəssisəsində sanitariya pozuntusu aşkarlandı

16:19 - 14 / 09 / 2021
Çörək istehsalı müəssisəsində sanitariya pozuntusu aşkarlandı

Tovuz rayonunun Əsrik Cırdaxan kəndində yerləşən, İbrahimov Mayıl Fikrət oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) 1news.az-a verilən məlumata görə, agentliyin Tovuz regional bölməsinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib.
Belə ki, müəssisənin istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, divar və tavanın, elektrik sobasının divar və qapaqlarının sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.


Aytən Sakitqızı

Paylaş:
278

Son xəbərlər

Bütün xəbərlər