İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində və TƏBİB-də yoxlamalar aparılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində və TƏBİB-də yoxlamalar aparılıb

S.Xankişiyeva17:07 - 14 / 09 / 2021
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində və TƏBİB-də yoxlamalar aparılıb

Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTSDA) yoxlamalar aparıb.

1news.az-ın verdiyi xəbərə görə, bu günlərdə başa çatan audit 2019-2020-ci illəri əhatə edib.

Yoxlama İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) də əhatə edib.

Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq Milli Məclisə də təqdim olunacaq.

Qeyd edək ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən istefa verib. R. Bayramlının istefa ərizəsi təsdiqlənib.

Paylaş:
1073

Son xəbərlər

Bütün xəbərlər