Mədəniyyət komitəsinin iclasında “Teatr və teatr fəaliyyəti haqqında” qanun layihəsi müzakirə olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəniyyət komitəsinin iclasında “Teatr və teatr fəaliyyəti haqqında” qanun layihəsi müzakirə olundu

Qafar Ağayev17:23 - 14 / 09 / 2021
Mədəniyyət komitəsinin iclasında “Teatr və teatr fəaliyyəti haqqında” qanun layihəsi müzakirə olundu

Sentyabrın 14-də Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib.

1news.az xəbər verir ki, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva iclası açaraq gündəlik barədə məlumat verib. Müzakirəyə əvvəlcə Milli Məclisin 2021-ci il yaz və növbədənkənar sessiyaları dövründə Mədəniyyət komitəsində görülən işlər barədə hesabat təqdim olunub. Qənirə Paşayeva bildirib ki, hesabat dövründə komitənin 14 iclası keçirilib. İclaslarda 7 qanun layihəsi də daxil olmaqla 17 məsələ müzakirə olunub. Komitədə baxılan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclası tərəfindən qəbul edilib. Hesabat dövründə komitənin ünvanına daxil olmuş 2013 məktub, təklif, ərizə və şikayətin 1554-ü araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. O, hesabat dövründə komitə tərəfindən vətəndaşların, xüsusən də yaradıcı şəxslərin qəbulu, Azərbaycanın və türk dünyasının mədəniyyət sahəsində fəaliyyət göstərən müvafiq təşkilatları ilə davam etdirilən əməkdaşlıq və digər tədbirlər barədə məlumat verib.

İclasda Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunub.

İş planına əsasən, qarşıdakı sessiyada “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi ilə yanaşı, komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması diqqət mərkəzində olacaq. Bundan başqa, komitədə dinləmələrin keçirilməsi, xüsusən də cənab Prezidentin tapşırığı ilə hazırlanmaqda olan Mədəniyyət Strategiyası ilə bağlı Milli Məclisdə geniş müzakirələrin aparılması nəzərdə tutulub.

Sonra iclasda Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxılıb. Qənirə Paşayeva bildirib ki, layihədə “Teatr və teatr fəaliyyəti haqqında” Qanuna nəzərdə tutulan dəyişikliyə komitə öz rəyini bildirməlidir. Bildirilib ki, təklif olunan dəyişiklik səhiyyədə icbari tibbi sığortanın tətbiqi, eyni zamanda onun dayanıqlı maliyyə təminatını yaradan icbari tibbi sığorta haqları ilə bağlıdır.

Müzakirələr zamanı Mədəniyyət komitəsi sədrinin müavini Fazil Mustafa, komitə üzvləri Nizami Cəfərov, Cavanşir Feyziyev, Əziz Ələkbərov, Ülviyyə Həmzəyeva və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək gündəlikdəki məsələlərlə bağlı öz fikirlərini bildiriblər. Çıxış edənlər komitənin hesabatını yüksək qiymətləndiriblər, komitənin yaradıcı insanlara göstərdiyi diqqəti təqdirlə qarşılayıblar, müzakirə olunan məsələlərlə bağlı rəy və təkliflərini səsləndiriblər. Deputatlar komitənin gündəliyinə çıxarılan qanun layihəsini Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəyə tövsiyə ediblər.

İclasda deputat Mixail Zabelin və digər rəsmi şəxslər də iştirak ediblər.

Paylaş:
418

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər