Ölkə üzrə pensiyaların ödənilərək yekunlaşacağı tarix açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə üzrə pensiyaların ödənilərək yekunlaşacağı tarix açıqlandı

Qafar Ağayev10:35 - 14 / 09 / 2021
Ölkə üzrə pensiyaların ödənilərək yekunlaşacağı tarix açıqlandı

Respublika üzrə pensiyaların sentyabr ayının 15-ində tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Dövlət Sosial Müdafiə Fondundan 1news.az-a verilən məlumata görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Qeyd edək ki, 2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.

Bu ilin 8 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə 4 mlrd. manata yaxın vəsait ödənilib.

Paylaş:
576

Son xəbərlər

Bütün xəbərlər