17 minə yaxın saxta əlillik ləğv edilib - Agentlik | 1news.az | Xəbərlər
Cəmiyyət

17 minə yaxın saxta əlillik ləğv edilib - Agentlik

S.Xankişiyeva11:34 - 16 / 09 / 2021
17 minə yaxın saxta əlillik ləğv edilib - Agentlik

"Son 3 ildə 17 minə yaxın saxta əlillik müəyyən edilib və qarşısı alınıb".

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

Onun sözlərinə görə, nöqsanlar aşkarlanan xəstəxanalarla bağlı tədbirlər görülüb: "Vətəndaşlara müraciət edərək bildiririk ki, dəllallara inanmasınlar və onlar barədə hüquq-mühafizə orqanlarına məlumat versinlər".

Paylaş:
480

Son xəbərlər

Bütün xəbərlər