Azərbaycanda yeni dərslik istifadəyə veriləcək - Rüfət Əzizov
“Azərbaycanda yeni dərslik istifadəyə veriləcək”.
1news.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı bildirib:
“Bu “signs” dərsliyin dur. Dərslik V siniflər üçün istifadəyə veriləcək. “Təbiət dərsliyi” adı altında məktəblərdə tədris olunacaq. Dərslik bu il 132 məktəbdə pilot layihə olaraq tətbiq olunacaq. Bu dərslikdə təbiət fənlərinin inteqrasiyasından söhbət gedir, yeni fizika, kimya, biologiya, coğrafiyanın elm hissəsi birgə inteqrasiya olunmuş şəkildə tədris olunacaq. Yeni dərslik daha çox tədqiqat istiqamətində dərslərin keçirilməsinə əsaslanıb. Dərslik tamamilə yeni müəlliflər tərəfindən hazırlanıb. Onlar azərbaycanlı müəlliflərdir, beynəlxalq özəl məktəblərdə dərs deyirlər, xarici universitetlərdə təhsil alıblar”.
R.Əzizov qeyd edib ki, burada söhbət hansısa dərsliyin yenilənməsində yox, tamamilə yeni dərsliyin hazırlanmasından gedir:
“Bu dərslik Sinqapurun “Alston” nəşriyyatının təlimlərini keçən gənc azərbaycanlı müəlliflər tərəfindən hazırlanmaqdadır. Bu dərslikdən gözləntilər çoxdur”.