“Gec-tez ifşa edilib, qanun qarşısında cavab verəcək” - Millət vəkilindən SƏRT REAKSİYA | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gec-tez ifşa edilib, qanun qarşısında cavab verəcək” - Millət vəkilindən SƏRT REAKSİYA

12:04 - 16 / 09 / 2021
“Gec-tez ifşa edilib, qanun qarşısında cavab verəcək” - Millət vəkilindən SƏRT REAKSİYA

“Vəzifəyə təyin edilən şəxsin əsas işi insanlarla işləmək, onların sosial problemlərini həll etməkdir”.

Bunu 1news.az-a müsahibəsində millət vəkili Aydın Mirzəzadə bildirdi. Deputat əlavə etdi ki, prezident də hər çıxışında bu məsələyə toxunur:

“Ölkə rəhbəri vəzifəyə təyin etdiyi şəxslərə xəbərdarlıq edir ki, vəzifə varlanmaq üçün deyil, xalqa xidmət etmək üçündür. Hesab edirəm ki, kimsə öz çirkin fəaliyyəti ilə tutduğu vəzifəyə, dövlətin adına ləkə gətirəcəksə, gec-tez ifşa edilib, qanun qarşısında cavab verəcək. Məlumdur ki, bu gün kifayət qədər İcra Hakimiyyəti başçılarının məhkəmə kürsüsündə əyləşməsi, ali hakimiyyətin onların çirkin fəaliyyətinə göz yummadığını gösətərir. Dövlət başçısının imzası ilə hansısa postu tutmaq hər bir Azərbaycan vətəndaşı üçün böyük şərəfdir. Tək onun üçün deyil, ailəsi və yaxınları üçün də böyük şərəfdir”.

Deputat təəssüf hissi ilə qeyd etdi ki, bəzi məmurlar bu məsuliyyəti unudurlar:

“Cənab prezidentin onlara verdiyi tapşırığı yaddan çıxarırlar. Prezidentin tapşırığını, qanunla üzərinə düşən vəzifəni yerinə yetirməkdənsə, öz cibini doldurmağı əsas fəaliyyət hesab edirlər. Onlara elə gəlir ki, heç kim onların çirkin işini görmür. İlk növbədə vətəndaşlar bundan əziyyət çəkirlər. Onlar rəhbər işçinin çirkin fəaliyətlə məşğul olduğu barədə xəbərdar olurlar.

Əgər adi vətəndaş məlumatlıdırsa, aydındır ki, dövlət bundan məlumatlı olacaq. Bu baxımdan vəzifəyə təyin olunan hər bir kəs prezidentin, dövlətin etimadını doğrultmalıdır. Hər bir məmur tutduğu vəzifənin sadə vətəndaşların probleminin həlli üçün olduğunun fərqinə varmalıdır. Kim edəcəksə, o dövlət tərəfindən həmişə hörmətli olacaq, kim etməyəcəksə, əlbəttə ki, bu iş məhkəmədə yekunlaşacaq”- deyə, millət vəkili əlavə etdi.

Aytən Sakitqızı

Paylaş:
327

Son xəbərlər

Bütün xəbərlər