BBC Azərbaycan mədəniyyəti və mətbəxi ilə bağlı məqalə dərc edib | 1news.az | Xəbərlər
Cəmiyyət

BBC Azərbaycan mədəniyyəti və mətbəxi ilə bağlı məqalə dərc edib

17:56 - 17 / 09 / 2021
BBC Azərbaycan mədəniyyəti və mətbəxi ilə bağlı məqalə dərc edib

BBC-də Azərbaycan mədəniyyəti və mətbəxinə həsr olunmuş məqalə dərc olunub.

1news.az-ın xəbərinə görə, "Azərbaycan mədəniyyəti ziyarətçilərdə unudulmaz təəssüratlar yaratmaq üçün keçmişi və bu günü özündə birləşdirir" adlı məqalədə Azərbaycanın milli mətbəxi, musiqisi, xalçaçılığı və s. barədə məlumat verilir.

"Azərbaycan zəngin və müxtəlif mədəniyyətə malik ölkədir. Mətbəxindən ənənəvi sənətkarlığa qədər ölkənin mədəni zövqlərinin genişliyi, təbii gözəlliyi və memarlıq möcüzələri, musiqisi və incəsənəti bu ölkəyə ilk dəfə gələnlərin haradan başlayacağını bilməsini çətinləşdirə bilər", - deyə məqalədə qeyd olunur.

Məqalədə Azərbaycana ilk dəfə səfər edəcək şəxslər üçün gediləcək yerlər barədə vurğulanır ki, bunların arasında UNESCO-nun Mədəni İrsi siyahısına daxil edilmiş Şirvanşahlar Sarayı, Qız Qalası, həmçinin, müasir memarlıq möcüzələri adlandırılan Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyinin adı qeyd olunur.

Məqalədə hələ 13-cü əsrdə Marko Polonun haqqında yazdığı Yanar Dağa getmək, həmçinin, Qobustan Milli Parkına baş çəkmək də tövsiyə olunur.

Məqalədə Azərbaycanın milli mətbəxinə də toxunulub.

"Azərbaycanlıların yemək reseptlərində, adətən, təzə, yerli məhsullardan istifadə edilir. İnqridiyentlər bölgədən bölgəyə və mövsümdən mövsümə görə dəyişə bilər", - deyə məqalədə vurğulanır.

Azərbaycanın yeməkləri sırasında plovun, dolmanın, düşbərənin, pitinin, küftə-bozbaşın, dovğanın, qutabın adı çəkilir, həmçinin, onların tərkibi barədə oxuculara məlumat verilir.

Məqalədə Azərbaycanın folkloru, musiqisi, xüsusilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş muğam barədə ətraflı məlumat verilir.

"Azərbaycanda baş örtüyü və xalça istehsalında xüsusi üstünlüklərə malik tekstil sənayesinin uzun tarixi var. Böyük İpək Yolu ənənələrinə söykənən baş örtüyü hazırlamaq və taxmaq təcrübəsi (Kəlağayı olaraq da bilinir və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib) hər bir ailənin mədəni kimliyinin ifadəsidir", - deyə məqalədə bildirilir.

1news.az

Paylaş:
283

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər