“İctimai nəqliyyatın həftə sonları işləməməsinin məntiqi izahı yoxdur!”- Millət vəkili | 1news.az | Xəbərlər
Cəmiyyət

“İctimai nəqliyyatın həftə sonları işləməməsinin məntiqi izahı yoxdur!”- Millət vəkili

15:06 - 17 / 09 / 2021
“İctimai nəqliyyatın həftə sonları işləməməsinin məntiqi izahı yoxdur!”- Millət vəkili

“Həftə sonları ictimai nəqliyyatın işləməməsinin heç bir məntiqi izahı yoxdur”.

1news.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib:

“Həftə sonları ictimai nəqliyyatın işləməməsinin ən çox zərbəsi minik avtomobili olmayan aztəminatlı insanlara dəyir. Hansı ki, o insanlar həftəsonu işə getməyə məcburdurlar. Orta təbəqə, kasıb insanlar həftəsonu ictimai nəqliyyatın işləməməsindən daha çox ziyana düşürlər. Düşünürəm ki, həftəsonu ictimai nəqliyyatın işləməməsi yanlış qərardır. Bu ancaq taksi şirkətlərinin marağını güdmək üçün verilmiş qərardır".

Aytən Sakitqızı

Paylaş:
393

Son xəbərlər

Bütün xəbərlər