Şuşanın əvvəlki şöhrəti bərpa olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşanın əvvəlki şöhrəti bərpa olunur

12:51 - 18 / 09 / 2021
Şuşanın əvvəlki şöhrəti bərpa olunur

Bugünlərdə Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə ölkənin yüzdən artıq aparıcı QHT təmsilçillərinin Şuşaya səfəri baş tutdu.

Bu, uzun illərdən bəri bizim Şuşa üçün həsrətimizin bitməsi, ora arzuladığımız səfərin həyata keçməsi idi. Mən də bu heyətin tərkibində həmkarlarım, uzun illərdir bir çətir altında çalışdığımız ictimiayyət nümayəndələri ilə Şuşaya yollandım. Yol boyu vaxtilə işğalda olan yurd yerlərimizi görmək, bu gözəl, səfalı yerlərdən keçib Şuşamıza qədəm qoymaq möhtəşəm duyğular yaradırdı.

Qarabağın tacı olan Şuşanın azad edilməsi ilə Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bizim işimiz tamamlandı, tarixi Qələbə qazandıq. Şuşanın azad edilməsi sıradan bir hadisə deyildi. Bu şəhər Azərbaycanın mədəniyyət paytaxtı idi, qeyrət simvolu idi, mənəvi mərkəzlərindən biri idi. Bu baxımdan, 30 ilə yaxın düşmən tapdağında qalan Şuşamıza səfər etmək, küçələrində addımlamaq, havasını udmaq, çörəyini yemək bizdə xoş hisslər yaratdı. Biz Şuşada o sıldırım qayaların mənzərələrini də seyr etdik. O sıldırım qayalar ki, orada bizim hərbçilərimiz böyük qəhrəmanlıq göstərmiş, o uca zirvələrə dırmanaraq Şuşaya daxil olmuşdular. Bu, heyrətamiz, tayı-bərabəri olmayan bir hərbi uğur idi. Şuşanın azad edilməsi əməliyyatı Azərbaycan hərb tarixinin qızıl səhifələrindən biri kimi qalacaq. Çünki Şuşanın təbii istehkam kimi mövqeyi, demək olar ki, alınmaz xüsusiyyətlərə malik olması, üstəlik, ermənilərin uzun illər ərzində orada istehkam-bərkitmə işlərini həyata keçirməsi danılmaz Ordumuzun bütün bunların müqabilində bu şəhəri böyük şücaətlə azad etməsi hər birimizi qürurlandırırdı.

Şuşanı ziyarət edərkən diqqətimizi cəlb edən əsas nüans orada aparılan bərpa və yenidənqurma işləri idi. Bu işlər çox dinamik həyata keçirilir. Bir daha əmin olduq ki, tezliklə Şuşa və digər ərazilərimiz yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

Məlum olduğu kimi, 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizdə nəqliyyat infrastrukturu və avtomobil nəqliyyatı ilə xidməti təmin edə biləcək maddi və texniki bazanın, demək olar ki, məhv edilməsi nəticəsində regionda yollar belə məhv edilmişdi. Lakin indi Şuşaya dünya standartlarına uyğun, tam təhlükəsizliyi ilə seçilən “Zəfər yolu” çəkilmişdir. Erməni vandalizmi nəticəsində ümumilikdə, regionda onlarca avtonəqliyyat müəssisəsi (bu müəssisələrə məxsus qarajlar, idarə binaları, sexlər, qaraj avadanlıqları, qurğular), avtovağzal və avtostansiya kompleksləri dağıdılmış və məhv edilən nəqliyyat infrastrukturu və maddi-texniki baza ilə birlikdə dəyəri milyonlarla manat həcmində zərər vurulmuşdur.

Lakin dövlətimizin başçısının xüsusi tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində həyati əhəmiyyətli infrastrukturların, həmçinin içməli su təchizatı sistemlərinin bərpası işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda hava limanları açılır, dövlət strukturları üçün inzabati binalar tikilir, yaşayış kompleksləri salınır, kəndlər yenidən bərpa edilir. Bu, o deməkdir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı müharibədən sonra vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmaları üçün müəyyən edilmiş dövlət proqramlarını uğurla həyata keçirəcək.

Bu baxımdan, Şuşa da öz növbəsində çox qısa müddətdə ölkə başçımızın rəhbərliyi altında yenidən qurulacaq və dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Biz Şuşada düşmənin vandalizm aktlarının da şahidi olduq. Artıq bu qara günlər arxada qalıb. İşğalda olan bütün bölgələrimiz erməni vandalizminə məruz qalsa da, biz dövlət başçımızın təbirincə desək, o ərazilərimizi dirçəldəcəyik. Həqiqətən, Şuşaya səfərimizdə bir daha xalqımıza qismət olan bu gözəllik ilə fəxarət hissi keçirdik. Erməni işğalçıları anladılar ki, bu xalq məğlubedilməzdir, bu xalqla hərbi ritorika dilində danışmaq olmaz, bu xalq özünəməxsus dəyərlərini hər zaman qorumaq, onun uğrunda vuruşmaq əzminə malikdir. Mən əminəm ki, biz qısa müddətdə bütövlükdə viran qoyulmuş bütün şəhər və kəndlərimizi yenidən ən nümunəvi səviyyədə quracağıq və oranın daimi sakinləri olan soydaşlarımız yenidən orada yaşayacaqlar.

İnkarolunmaz həqiqətdir ki, bu gün erməni vandallarının xarabazara çevirdikləri tarixi yurdlarımızın bərpası, özünün inkişaf məcrasına qovuşması, sosial-iqtisadi, mədəni dirçəlməsi dövlətimizin qarşısında duran ən prioritet vəzifədir. Dövlətimizin başçısı hər zaman bütün məsələlərdə olduğu kimi, bu istiqamətdə də aydın planlara, strateji hədəflərə malikdir.

Əzəli yaşayış sahələrimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarının və digər sərmayələrin cəlb edilməsi qarşıya prioritet istiqamət kimi qoyulub. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də bütün bunlarla bağlı bir sıra əhəmiyyətli məqamlara toxunulur. Həmin strategiyada işğaldan azad edilən ərazilərə böyük qayıdışın reallaşdırılması, əvvəlki dövrlərdə olduğu kimi, bu insanların təhlükəsiz yaşayışının reallaşdırılması, Qarabağ regionunun ölkənin ən abad guşələrindən birinə çevrilməsi, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğun sürətlə aparılması vacib şərtdir.

Beləliklə, bizi qarşıda çox böyük uğurlar gözləyir. Biz, əski zamanlarda olduğu kimi, Qarabağı firavan, füsunkar şəkildə görəcəyik. Biz beynəlxalq ticarət və nəqliyyat xətti hesab ediləcək Zəngəzur dəhlizindən keçib Naxçıvana da, qardaş Türkiyəmizə də sərbəst və rahat şəkildə gedəcəyik. Bütün bunların hamısının gerçəkləşəcəyi gün uzaqda deyil. Bu uğurların fövqündə dayanan əsas qüvvə isə Vətən uğrunda mübarizədə çoxsaylı şəhidlərimiz oldu ki, onların da xatirəsi bizim üçün hər zaman əziz olaraq qalacaq.

İlqar Orucov,

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Fəlsəfə doktoru

Paylaş:
316

Son xəbərlər

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57
Bütün xəbərlər