Paytaxt yollarında vəziyyət - sıxlıq olan küçələrin SİYAHISI | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxt yollarında vəziyyət - sıxlıq olan küçələrin SİYAHISI

Qafar Ağayev09:18 - 21 / 09 / 2021
Paytaxt yollarında vəziyyət - sıxlıq olan küçələrin SİYAHISI

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarındakı vəziyyəti açıqlayıb.

Agentlikdən 1news.az-a verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesində – şəhər istiqamətində, Üzeyir Hacıbəyli küçəsində – Cavanşir körpüsündə, Alı Mustafayev küçəsində – "20 Yanvar" dairəsindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb.

Həmçinin, Yusif Səfərov küçəsində – Cavanşir körpüsü istiqamətində, Babək prospektində – Yusif Səfərov küçəsi istiqamətində, Rəşid Behbudov küçəsində – Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər və Heydər Əliyev prospektində – orta və kənar yolda Atletlər kəndinin qarşısından şəhər istiqamətində sıxlıq müşahidə edilir.

Paylaş:
338

Son xəbərlər

Bütün xəbərlər