“Könlüm keçir Qarabağdan” – Bakı metrosunda yeni layihə | 1news.az | Xəbərlər
Cəmiyyət

“Könlüm keçir Qarabağdan” – Bakı metrosunda yeni layihə

13:50 - 22 / 09 / 2021
“Könlüm keçir Qarabağdan” – Bakı metrosunda yeni layihə

“Metropolitenin qalereyası” QSC “Metro Gallery” layihəsi çərçivəsində vətəndaşlara növbəti sərgini təqdim edəcək.

Bu barədə 1news.az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama verib:

“Gənclik stansiyasının keçidlərində “Metro Gallery” adlı növbəti lakin xüsusi bir sərgi başlanacaq. “Könlüm keçir Qarabağdan” foto-sərgisi işğaldan azad edilən və hər birimizin qürur mənbəyi olan “Zəfər tarixi”nin əks-sədası kimi Qarabağımızın, Şərqi Zəngəzurumuzun rayonlarına, bölgələrinə həsr edilib.

Bu sərgi Qarabağımızda başlanan böyük quruculuq işlərinə keçid xarakteri olacaq. Ötən 50-60-cı illərin ab-havasını hər birimizə yaşatmaqla, xüsusi ovqat yaradacaq. Əlbəttə həmin ərazilərdə yaşamış insanların da xüsusi diqqətini cəlb edəcək. Ümumi deyim ki, bu bir başlanğıcdır. Bu sərginin davamı olacaq”.

Qeyd edək ki, foto-sərgi 24 sentyabr tarixindən “Gənclik” stansiyasının keçidlərində nümayiş olunacaq. Ümid edirik ki, Milli Arxiv idarəsinin nadir fotolarından ibarət olan unikal sərgiyə heç kim biganə qalmayacaq.

Aytən Sakitqızı

Paylaş:
362

Son xəbərlər

Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52
Bütün xəbərlər