Bakı əhalisinin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı əhalisinin sayı açıqlanıb

17:57 - 22 / 09 / 2021
Bakı əhalisinin sayı açıqlanıb

Bakı şəhər Statistika İdarəsi paytaxt əhalisinin 2021-ci ilin əvvəlində qeydə alınan sayını açıqlayıb.

"1news.az-ın Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, cari ilin əvvəlinə Bakı əhalisinin sayı 2 300,5 min nəfər təşkil edib. Bu, illik ifadədə 7,5 min nəfər və ya 0,3% çoxdur.

Əhalinin sıxlığına gəldikdə, ilin əvvəlində paytaxtın 1 kv. km ərazisinə 1 075 nəfər düşüb.

Qeyd edək ki, proqnozlara görə, 2040-cı ildə paytaxt əhalisinin sayı 3,17 mln. nəfərə çatacağı gözlənilir.

Xatırladaq ki, ərazisi 2,14 min kv. km təşkil edən Bakı şəhərinin 12 rayonu və 59 qəsəbəsi mövcuddur.

1news.az

Paylaş:
700

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər