Ağacların kəsilməsi ilə bağlı toplanan sənədlər hüquq-mühafizə orqanlarına göndərilib

Nəsimi rayonu, Ceyhun Səlimov 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov 1news.az-a məlumat verib ki, araşdırma zamanı sözügedən ərazidə ağacların kəsildiyini və təqsirkarların tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət oluub.
B.Məhəmmədov onu da qeyd edib ki, ağacların kəsilməsi zamanı təbiətə 14100 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.
Aytən Sakitqızı
333