Əlbəyaxa döyüş növləri üzrə məşhur idmançı vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Əlbəyaxa döyüş növləri üzrə məşhur idmançı vəfat etdi

12:51 - 22 / 09 / 2021
Əlbəyaxa döyüş növləri üzrə məşhur idmançı vəfat etdi

Şərq əlbəyaxa döyüş növləri üzrə tanınmış mütəxəssis, beynəlxalq dərəcəli hakim, Turan Do döyüş sənətinin banisi Süleyman Məmmədlinin vəfat etdiyi barədə xəbər yayılıb.

1news.az xəbər verir ki, bu barədə onun sosial şəbəkədəki səhifəsində qeyd edilib. 73 yaşlı idmançının ölüm səbəbi barədə məlumat verilməyib.

Süleyman Məmmədli 1948-ci ildə Tovuz rayonunda anadan olub. Orta təhsilini Tovuzda, ali təhsilini isə Rusiyada alıb. Daha sonra Azərbaycanda İdman Akademiyasını bitirib. 1969-cu ildə ilk dəfə karate idman növüylə tanış olduqdan sonra Şərq döyüş növləriylə məşul olmağa başlayıb. 1980-ci illərdə şəxsi çağırışla Macarıstana gedib və idman dərəcəsi alıb. 70-dən artıq döyüş sənətini öyrənib.

Müxtəlif beynəlxalq seminarlarda iştirak eləyib, 47 dövlətdə olub. 2004-cü ildə Amerikada taekvandonun yaradıcılarından olan Bok Mann Kimlə tanış olub. Bundan sonra Çun Kuhn Do ilə məşğul olub. İlk dəfə dünyada ən yüksək dərəcə olan Qrand master dərəcəsini Amerikada alıb.

Əlbayağa döyüşün 4 növü üzrə 10-cu dan qara kəmər, 10 növdən isə Qrand master dərəcəsi alıb.

Allah rəhmət eləsin.

1news.az

Paylaş:
556

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər