Qarabağ Dirçəliş Fondunun #KarabakhChallenge kampaniyasına siz də qoşulun! | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fondunun #KarabakhChallenge kampaniyasına siz də qoşulun!

Qafar Ağayev13:18 - 23 / 09 / 2021
Qarabağ Dirçəliş Fondunun #KarabakhChallenge kampaniyasına siz də qoşulun!

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə Qarabağın uzun illər davam edən işğalına son qoydu.

Lakin torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağda dağıntıların miqyasının nə qədər böyük olması faktı da üzə çıxdı.

Bərpa işlərinin uğurla və daha qısa zaman ərzində həyata keçirilməsi üçün dövlətin resursları ilə yanaşı cəmiyyətimizin və diasporumuzun səylərininin də birləşdirilməsi çox vacibdir.

Məbləğindən asılı olmayaraq, artıq hər birimiz Qarabağ üçün ianə edib işğaldan azad olunan ərazilərimizin dirçəlişinə öz töhfəmizi verə bilərik.

Bunun üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondunun #KarabakhChallenge kampaniyasına qoşularaq ianə etmək kifayətdir.

Kampaniyaya qoşulanlar dostlarını da dəvət etmək üçün, sosial şəbəkələrdə öz qısa video müraciətlərini paylaşa bilərlər.

Paylaşım edərkən #KarabakhChallenge və #QarabağÜçünİanəEt heşteqlərdən istifadə etmək vacibdir.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondunun rəsmi saytında ianə edən hər kəsə xüsusi “İanə sertifikatı” da təqdim edilir.

Kampaniyaya qoşulan həmvətənlərimiz, bu Sertifikatı da sosial şəbəkələrdə paylaşa bilər.

Kampaniyaya qoşulmaq üçün:

1. QDF-in rəsmi saytında https://qdf.gov.az/iane-et/ bölməsinə daxil olursunuz;

2. Məbləği seçməklə Fonda ianə edirsiniz;

* Bu mərhələdə ianə məbləğinin Sertifikatda göstərilib-göstərilməməsi ilə bağlı seçimi edə bilərsiniz.

3. İanə uğurla köçürüləndən sonra, “İanə sertifikatını əldə et” düyməsini seçib, xüsusi Sertifikatınızı əldə edirsiniz.

4. Həmin Sertifikatı qısa video müraciət ilə birlikdə sosial şəbəkələrdə (Facebook, Instagram, Twitter və s.) paylaşırsınız.

* Paylaşım edərkən #KarabakhChallenge və #QarabağÜçünİanəEt heşteqlərindən istifadə etməyi unutmayın.

İanə Sertifikatının alınması haqqında video təlimat:

https://www.youtube.com/watch?v=bz4jv_ciO2Q

Xüsusi qeyd: Seritifikatın üzərində əks olunan unikal QR kodu skan edərək, onun əsilliyini yoxlamaq mümkündür.

Öncədən hər birinizə bu kampaniyanın iştirakçısına çevrildiyiniz üçün təşəkkür edirik!

Gəlin, Qarabağı birlikdə DAHA TEZ bərpa edək!

Paylaş:
439

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər