Yuxarı ətrafları amputasiya olunmuş qazilər üçün də son nəsil protezlər gətirildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yuxarı ətrafları amputasiya olunmuş qazilər üçün də son nəsil protezlər gətirildi - FOTO

S.Xankişiyeva17:15 - 23 / 09 / 2021
Yuxarı ətrafları amputasiya olunmuş qazilər üçün də son nəsil protezlər gətirildi - FOTO

Yaxın günlərdə onların da həmin protezlərlə təminatına başlanacaq.

Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də yaxın günlərdə yüksək texnologiyalı protezlərlə təminatına başlanacaq.

Bu məqsədlə İslandiyanın ÖSSUR şirkətinin istehsalı olan son nəsil protezlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gətirilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, ilkin mərhələdə Mərkəzdə Vətən müharibəsində yuxarı ətraflarını itirmiş 10 qazi, ümumilikdə isə 29 qazi yüksək texnologiyalı protezlərlə təmin ediləcək. Bunun üçün ÖSSUR şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə həmin qazilərdən müvafiq ölçülər götürülüb.

Protez-ortopedik sənaye sahəsində ən qabaqcıl texnologiyaya malik olan şirkət yuxarı ətrafları amputasiya olunmuş insanlar üçün yüksək funksionallıq və proqram təminatı ilə fərqlənən ən müasir bionik protezlərin istehsalını həyata keçirir. ÖSSUR Touch Bionics protezlərinin xüsusi proqram təminatı istifadəçinin sosial həyata daha tez və rahat inteqrasiyasına imkan yaradır. ÖSSUR i-Limb Ultra bioelektrik əl darağının 18 fərqli tutma variantı mövcuddur, komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək da daxildir.

Bundan əvvəl isə qazilərimizin 2020-ci ilin dekabr ayından yüksək texnologiyalı elektron protezlərlə təminatına başlanıb. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə aşağı ətraflarını itirmiş 142 hərbçi son nəsil protezlə təmin edilib.

Paylaş:
489

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər