“ASAN Könüllüləri” Təşkilatı və Carlsberg Azerbaijan “Məsuliyyəli Sürücülük və Məsuliyyətli İstehlak” üzrə təbliğata başlayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN Könüllüləri” Təşkilatı və Carlsberg Azerbaijan “Məsuliyyəli Sürücülük və Məsuliyyətli İstehlak” üzrə təbliğata başlayıb - FOTO

S.Xankişiyeva09:25 - 23 / 09 / 2021
“ASAN Könüllüləri” Təşkilatı və Carlsberg Azerbaijan “Məsuliyyəli Sürücülük və Məsuliyyətli İstehlak” üzrə təbliğata başlayıb - FOTO

Ölkəmizdə məsuliyyətli sürücülük və məsuliyyətli istehlakın vacibliyini artırmaq məqsədi ilə tədbir keçirilib.

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən tədbirdə Dövlət Yol Polisinin şöbə rəisi, polkovnik Vaqif Əsədov, Carlsberg Azerbaijan Şirkətinin nümayəndələri və media nümayəndələri iştirak edib.

22 sentyabr 2021-ci il tarixində baş tutan tədbirdə məsuliyyəli sürücülük və məsuliyyətli istehlak üzrə təşviqat fəaliyyətləri istiqamətində “ASAN Könüllüləri” Təşkilatı və Carlsberg Azerbaijan şirkəti arasında uzunmüddətli əməkdaşlığa start verilib. Əməkdaşlı çərçivəsində qeyd olunan istiqamətdə Bakı, Gəncə, Sumqayıt, Bərdə, Quba regionlarında yaşayan vətəndaşlar arasında, eləcədə rəqəmsal mühitdə maarifləndimə işləri və həmçinin ölkədə ilbəil məlumatlılıq səviyəsinin artımının ölçülməsi üçün sorğu fəaliyətləri icra olunacaq. Tədbirdə “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova və Carlsberg Azerbaijan şirkətinin korporativ ünsiyyətlər üzrə rəhbəri Lalə Əfəndi iştirak etmişdir.

Görüşdə “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova çıxış edərək bildirmişdir: “Biz hər zaman “ASAN Könüllüləri” Təşkilatı olaraq könüllülərimizlə birlikdə müxtəlif ekoloji, humanitar və sosial istiqamətlərdə tədbirlər və layihələr həyata keçiririk. Bu gün son dövrlərdə artan nəqliyyat hadisələrinə diqqət cəlb etmək məqsədi ilə bu tipli sosial maarifləndirmə tədbirlərinin icra edilməsini vacib hesab edirik.”

Carlsberg Azerbaijan şirkətinin korporativ ünsiyyətlər üzrə rəhbəri Lalə Əfəndi qeyd etmişdir: “Bildiyiniz kimi Carlsberg Group məsuliyyətli istehlak məsələsinə böyük diqqət ayırır və dünyada ən böyük pivə istehsalçıları ilə yanaşı GBRD (Global Beer Responsibility Day) təşəbbüsündə yaxından iştirak edir. Bu təşəbbüs çərçivəsində “Məsuliyyətli istehlak və Məsuliyyətli Sürücülük” istiqamətində bir sıra layihələr həyata keçirmişdir.

“ASAN Könüllüləri” Təşkilatı ilə isə mövcud olan ekoloji istiqamətlərdə əməkdaşlığımızı yeni müstəviyə daşımaq və gənclər arasında məsuliyyətli istehlak təbliğatına töhvə vermək arzusundayıq.”

Tədbirdə iştirak edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə yol təhlükəsizliyi hadisələrində baş verən qəzaların səbəbinin içkili halda nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olduğunu bildirmişdir. Xüsusilə bu istiqamətdə ölkəmizdə əhalini məlumatlılığının artırılmasına ehtiyac olduğunu qeyd etmişdir.

Reklam hüququnda

Paylaş:
447

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər