Bakı, Abşeron və Hacıqabulun bəzi yerlərində su kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı, Abşeron və Hacıqabulun bəzi yerlərində su kəsiləcək

Qafar Ağayev10:47 - 23 / 09 / 2021
Bakı, Abşeron və Hacıqabulun bəzi yerlərində su kəsiləcək

Bakı, Abşeron və Hacıqabulun bəzi yerlərində su kəsiləcək.

“Azərsu” ASC-dən 1news.az-a verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılacaq planlı təmir işləri ilə əlaqədar 23-25 sentyabr tarixlərində Hacıqabul rayonunun kəmərdən qidalanan kəndlərinə suyun verilişi dayandırılacaq, eyni zamanda Abşeron, Binəqədi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verilişi müddəti azaldılaraq tənzimlənən rejimlər tətbiq olunacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Paylaş:
399

Son xəbərlər

Bütün xəbərlər