“İran generalı adından saxta məlumatları ermənilər yayırlar” - Ədalət Verdiyev | 1news.az | Xəbərlər
Cəmiyyət

“İran generalı adından saxta məlumatları ermənilər yayırlar” - Ədalət Verdiyev

11:43 - 24 / 09 / 2021
“İran generalı adından saxta məlumatları ermənilər yayırlar” - Ədalət Verdiyev

"Sosial şəbəkələrdə və Teleqram kanallarda İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general Məhəmməd Baqirinin adından yayılan və digər bu kimi xəbərlərin heç bir əsası yoxdur".

1news.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev şəxsi Faebook səhifəsində yazıb:

"Xəbərlərin mənbəyini araşdırdıqda məlum olur ki, bunlar Ermənistana məxsus resurslar tərəfindən yayımlanır. Məsələnin mahiyyətini anlamaq üçün ilkin mənbələrə dair səthi araşdırma aparmaq kifayətdir. Ermənistan resurslarının, daha doğrusu bu resursları təxribatçı məlumatlarla təmin edən Ermənistan xüsusi xidmət orqanlarının əsas məqsədi də Azərbaycan ilə İran arasında münasibətləri görginləşdirmək, ictimaiyyətdə etimadsızlıq mühiti yaratmaqdır.

Başqa sözlə desək bu Ermənistanın növbəti dəfə "bulanıq suda balıq tutmaq" niyyətindən xəbər verir. Buna görə də Azərbaycanın informasiya resursları, sosial media istifadəçiləri daha diqqətli olmalı, belə təxribatçı məlumatları yaymamalıdırlar".

Qeyd edək ki, Ermənistanın "Armenpress" saytı İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general Məhəmməd Baqirinin "Münaqişənin kəskinləşəcəyi təqdirdə Azərbaycana 4000 raket atılacaq və Bakı məhv ediləcək” dediyini yazıb.

1news.az

Paylaş:
398

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər