Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı - STATİSTİKA
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1241 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 481401 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 452968 nəfər müalicə olunaraq sağalıb, 6476 nəfər vəfat edib, aktiv xəstə sayı 21957 nəfərdir.
Ölkədə son sutka ərzində 6684, hazırkı dövrədək isə 4830338 test aparılıb.
Son sutkada 630 nəfərə COVİD-19 əleyhinə vaksin vurulub
1011