Bu gündən V-XI siniflərdə və ali məktəblərdə dərslər başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən V-XI siniflərdə və ali məktəblərdə dərslər başlayır

09:00 - 29 / 09 / 2021
Bu gündən V-XI siniflərdə və ali məktəblərdə dərslər başlayır

Bu gündən Azərbaycanın bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa edilir.

1news.az bildirir ki, sentyabrın 22-dən ümumi təhsil müəssisələrinin I-IV sinifləri ənənəvi tədrisə başlayb. Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblər üzrə 471 661 şagird təhsil alacaq.

1news.az

Paylaş:
348

Son xəbərlər

Bütün xəbərlər