Vilyam Hacıyev koronavirusa yoluxub
İmişli rayonunun həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin koronavirusa yoluxub.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, V.Hacıyevdə COVID-19 virusunun əlamətləri aşkarlanıb və o dərhal nəzarətə götürülüb. Bu gün səhər saatlarında sabiq icra başçısından götürülən analizin cavabı pozitiv çıxıb.
V.Hacıyev dərhal Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb.
Xatırladaq ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ötən il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.