TKTA 7 peşə ixtisası üzrə sertifikat əldə etmək üçün şans yaradır | 1news.az | Xəbərlər
Cəmiyyət

TKTA 7 peşə ixtisası üzrə sertifikat əldə etmək üçün şans yaradır

Qafar Ağayev12:08 - 29 / 09 / 2021
TKTA 7 peşə ixtisası üzrə sertifikat əldə etmək üçün şans yaradır

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində aşağıdakı ixtisaslar üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün sertifikat əldə etmək üçün şans yaradır.

1news.az ixtisasları təqdim edir:

  • “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar”

  • “Bərbər”

  • “Aşpaz”

  • “Avtomobil təmiri-çilingəri”

  • “Mobil telefonların təmiri ustası”

  • “Plastik boru qaynaqçısı”

  • “Qənnadçı-Şirniyyatçı”

Qeyd olunan ixtisaslar üzrə müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş və ya usta yanında, özünütəhsil yolu ilə bilik və bacarıqlara yiyələnmiş vətəndaşlar həmin səriştələrin qiymətləndirilməsi və tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

İmtahanlardan uğurla keçən ərizəçilərə peşə ixtisasının müvafiq modulu üzrə bilik və bacarıqları təsdiq edən sənəd - Sertifikat təqdim ediləcəkdir. Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat əldə etmək üçün keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Paylaş:
378

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər