“Başını dizlərimə qoyub “Bura mənim istirahətimdir” deyirdi” - Şəhid anası | 1news.az | Xəbərlər
Cəmiyyət

“Başını dizlərimə qoyub “Bura mənim istirahətimdir” deyirdi” - Şəhid anası

10:28 - 30 / 09 / 2021
“Başını dizlərimə qoyub “Bura mənim istirahətimdir” deyirdi” - Şəhid anası

“Başqa analar oğullarını çayxanadan çağıranda, mən onu məcbur edirdim ki, get dostlarınla vaxt keçir, gəzintiyə çıx”.

1news.az-ın məlumatına görə bunu 24 yaşında şəhidlik zirvəsinə ucalan Əhmədov Amal Rauf oğlunun anası Mehriban Əhmədova deyib. O, bildirdi ki, Amal heç vaxt özünə vaxt ayıra bilmirdi:

“Amal çox yorğun olurdu, həmişə başını dizlərimə qoyub deyirdi ki, bura elə mənim istirahətimdir”

Qeyd edək ki, 3 may 1996-cı ildə Rusiyanın Tver şəhərində doğulan Amal Əhmədov 2002-2013-cü illərdə Gəncə şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-cü ildə Gəncə Texniki Kollecinə daxil olub. 2014-cü ildə təhsilini dayandıraraq hərbi xidmətə yollanıb. 10 yaşından atasını itirən Amal daha sonra ailənin bütün yükünü çiyinlərində daşıyıb. Sentyabrda Vətən müharibəsinə yollanan Amal Cəbrayılda, Füzulidə döyüşüb. 13 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Aytən Sakitqızı

Paylaş:
698

Son xəbərlər

Bütün xəbərlər