Yenə də təəssüb: bu dəfə erməniyönümlü məhsul “Euronews”dan - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yenə də təəssüb: bu dəfə erməniyönümlü məhsul “Euronews”dan - VİDEO

14:00 - 01 / 10 / 2021
Yenə də təəssüb: bu dəfə erməniyönümlü məhsul “Euronews”dan - VİDEO

Sirr deyil ki, ikili standartlar çoxdandır bir çox Qərb KİV-in redaksiya siyasəti səviyyəsinə yüksəldilib və Avropanın gündəlik 24 saat ərzində yayımlanan “Euronews” informasiya telekanalı bu cür KİV-lərin siyahısında az qala ilk yeri tutur.

Vacib siyasi hadisələri birtərəfli işıqlandırma ənənələrinə sadiq qalaraq, durmadan artıq nimdaşlaşmış “məzlum ermənilər” plastinkasını səsləndirən teleradioşirkət paralel olaraq 30 ilə yaxın davam edən erməni təcavüzündən zərər çəkən azərbaycanlıların məzlumiyyətini görmək istəmir.

“Euronews”un belə birtərəfli işıqlandırmasının növbəti biabırçı nümunəsi İkinci Qarabağ müharibəsinin başlanmasının ildönümü münasibəti ilə telekanal tərəfindən yayımlanan “Qarabağ müharibəsinin qurbanlarının anım günü” adlı videoreportaj oldu.

İlk baxışdan Bakı və İrəvanda müharibə qurbanlarının necə yad edilməsini eyni dərəcədə işıqlandırmalı olan bir dəqiqə yarımlıq çarx praktiki olaraq tamamilə Ermənistandakı hadisələrə həsr edilmişdi.

Çarx əsasən İrəvandakı məşəl yürüşünə həsr edilib – insanlar həlak olmuş yaxınlarının fotoşəkillərini əllərində tutaraq küçə ilə addımlayırlar. Kadrlarda həm də eks-prezident Robert Koçaryan, keçmiş müdafiə naziri Seyran Ohanyan da görünür.

Bu videoda xüsusilə hiddətləndirən odur ki, müharibə qurbanlarının Anım gününün Azərbaycanda necə qeyd olunmasını nümayiş etdirən qısa 15 saniyəlik kadrlarda daha çox erməni qəbiristanlığında erməni əsgərlərin məzarları üzərində ağlayan qohumları göstərilir.

Daha sonra Azərbaycanda Anım gününü işıqlandıran kadrlarda ekrana Bakının köhnə görüntüləri və erməni işğalından azad edilən ərazilərdə atılan erməni avtomobillərinin nömrələri ilə tamamilə üzlənmiş səyyar stend gəlir. Bunu xüsusi vurğulayaraq, nədənsə telekanal səyyar stendin ermənilərin 90-cı illərdə işğal edilmiş ərazilərdə qalan Azərbaycan avtomobillərindən çıxardıqları nömrələrlə üzlədikləri Kəlbəcərdəki divara özünəməxsus cavab olması barədə bir kəlmə də danışmır.

Reportaja Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın başçılıq etdikləri, iştirakçıların əllərində həlak olan hərbçilərin və mülki vətəndaşların, Ermənistan silahlı qüvvələrinin Gəncəyə gecə endirdikləri raket zərbələrinin qurbanları olan uşaqların fotoları əks olunan plakatları daşıdıqları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan yürüş ümumiyyətlə daxil edilməyib.

Avropalı tamaşaçıya həmçinin müharibədə həlak olan oğullarına göz yaşı tökən azərbaycanlı ata və anaları görmək də müyəssər olmadı.

Daha sonra Qarabağda hərbi təlimlərin kadrları gəlir – atəş açan Azərbaycan əsgərləri (!), yanan ev, tamamilə yanmış UAZ, sınıq şüşəli atılmış təcili yardım avtomobilləri və erməni bayrağı (!) ilə tənha erməni əsgəri nümayiş olunur.

Hər iki ölkədə Anım günü haqqında söz açdıqda erməniləri “məzlum” və “qurban”, azərbaycanlıları isə “işğalçı” kimi nümayiş etdirən, şüarı “Bizim üçün obyektivlik, bütün rəylər və bütün nəzər nöqtələri vacibdir” olan telekanal tərəfindən informasiyanın belə bir “obyektiv” təqdimatı.

Erməni rənglərinə boyanan telekanalın əsas məqsədi isə - Azərbaycana beynəlxalq təzyiqin artması, “məzlum” erməni xalqının müdafiəsi üçün əlavə “arqumentlərin” irəli sürülməsidir.

Ümumilikdə 30 ilə yaxın davam edən erməni-Azərbaycan münaqişəsi ərzində, həmçinin Qarabağda hərbi əməliyyatların başladığı andan erməni təbliğatı dünya informasiya meydanında fəal müharibə aparıb. Və “Euronews” bu hadisələrin işıqlandırmasında həmişə birtərəfli vektora üstünlük verib.

Kanalda nümayiş etdirilən “Dağlıq Qarabağ – dəyişikliklər küləyi” filmində münaqişə haqqında hadisələrin nə cür böhtancasına və birtərəfli şərh edilməsi, regionun tarix və mədəniyyətinin real vəziyyətə heç bir aidiyyəti olmayan sırf erməni “mifoloji” versiyası ilə təqdim olunması hələ unudulmayıb.

Avropa telekanalının bir çox reportajlarında qəti bəyan edilirdi ki, “Dağlıq Qarabağ – qədim erməni torpağı, Ermənistanın ürəyidir”. Bundan əlavə, bu reportajların müəllifləri onu “xristianlığın dayağı” adlandırırdı, bu isə, sözsüz ki, daha böyük heyrət doğurur, çünki bunu özünü tolerantlığın özülü hesab edən Avropa deyirdi.

Görünür ki, “Euronews” yenə də, qeyri-peşəkarlıq və təəssüb nümayiş etdirərək, ermənilərin özləri tərəfindən maaliyyələşdirilən sırf erməni sifarişini efirə verərək, insanların dərd və ağrısından yaxşı gəlir götürmək qərarına gəlib.

Və təəssüf ki, “Euronews” regiondakı real vəziyyət haqqında mümkün qədər daha çox yalan yaymaq coşqusunda tək deyil.

“Əzabkeş ermənilərin” taleləri daha öncə mübahisəli ərazilərdə erməni-Azərbaycan sərhədində Azərbaycan ordusunun əsgərlərini gördükdə panikaya düşən öz “müdafiəsiz” erməni qardaşlarının iztirabları haqqında reportaj yayımlamış Fransanın “France24” telekanalını bu günə qədər həyəcanlandırmaqdadı.

Hələ BBC-nin Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycan tərəfində “hərbi iştirakı”, həmçinin Yaxın Şərqdən olan yaraqlıların “Azərbaycan ordusunun sıralarında xidmətləri” barədə feykləri unudulmayıb.

Elə həmin BBC bu yaxınlarda Zəngəzurda mübahisəli sərhədyanı ərazilər yaxınlığında yerləşən “ağır” aqibətlərindən şikayətlənən erməni kəndlərinin sakinlərinin “çətin” taleləri barədə öz auditoriyasına bəhs edirdi, amma eyni zamanda “unudurdu” ki, bu ərazilər ötən əsrin 90-cı illərində Ermənistanın özü tərəfindən qeyr-qanuni işğal edilib.

Və bu gün Azərbaycan bu əzəli Azərbaycan torpaqlarını “zəbt” etməyib, Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsini həll etməyə çalışır ki, bu da Ermənistanın Azərbaycana qarşı az qala 30 illik aqressiyası və Azərbaycan ərazisinin 20 faizinin işğalı şəraitində mümkün deyildi. İşğal faktının aradan qaldırılması sərhədlərin delimitasiya və demarkasiyası prosesini son dərəcə zəruri etdi və bu gün Azərbaycan Ermənistanı bu prosesi mümkün qədər tez başlamağa səsləyir ki, regionda nəhayət sülh və təhlükəsizlik bərqərar olsun.

Bu kanalların yayımlandığı ölkələrdə - Böyük Britaniya, Fransa – erməni lobbisinin təsirini nəzərə alaraq, informasiyanın belə təqdimatı tam anlaşılandı.

Lakin bu “yazıq” ermənilərə izah etmək zamanı yetişib ki, onlar müharibədə məğlubiyyətdən sonra da Azərbaycanla əldə olunan razılıqların həyata keçirilməsindən boyun qaçıran Ermənistanın hərbi-siyasi rejimi tərəfindən əsarətə salınıblar.

Bu dərəcədə ermənilərin talelərini qeydinə qalan dünya KİV-inə isə ikili standartlardan imtina etmək və öz reportajlarında daha çox regionda həyatı normal çərçivəyə qaytaracaq Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdırılmasına, imzalanan sülh sazişinə və tərəflər arasında sərhədlərin delimitasiyasına dəstək haqqında bəyan etmək pis olmazdı.

Səba Ağayeva

Paylaş:
530

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18
Bütün xəbərlər