Bakıda yollardakı sıxlığın səbəbləri açıqlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yollardakı sıxlığın səbəbləri açıqlanıb - FOTO

S.Xankişiyeva16:50 - 01 / 10 / 2021
Bakıda yollardakı sıxlığın səbəbləri açıqlanıb - FOTO

Son vaxtlar pandemiya səbəbindən, o cümlədən ictimai nəqliyyatın fəaliyyətinə tətbiq edilən bəzi məhdudiyyətlər nəticəsində Bakı şəhərində avtomobilləşmə səviyyəsi və şəxsi minik avtomobillərindən istifadənin artması müşahidə edilir.

Bu da onsuz da dolu olan Bakı küçələrində pik saatlarda tıxacların yaranmasına gətirib çıxarır. Eyni zamanda, əksər iş və xidmət sahələrində fəaliyyətin bərpa edilməsi və təhsilin bütün pillələri üzrə əyani tədrisə keçid gündəlik səyahət saylarını əhəmiyyətli dərəcədə artırıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) 1news.az-a bildirilib ki, sıxlıq halları paytaxtda müşahidə edilən yağıntılı hava şəraitilə də əlaqədardır. Müxtəlif ərazilərdə yaranan lokal subasma halları süni sıxlıq və tıxac halları ilə nəticələnib. Sentyabrın 29-u səhər saatlarında Heydər Əliyev prospekti şəhər istiqamətində kənar yolun Bağırov körpüsündən keçən hissəsinə yaxın yerdə subasma halına görə hərəkət tam dayanıb. Nəticə etibarı ilə metronun “Koroğlu” stansiyasından şəhər istiqamətində 2-3 km məsafədə tıxac yaranıb.

Həmçinin, tıxacın yaranmasına səbəb olan bir sıra digər amillər də var. Təhlillər onu göstərir ki, xüsusən də mərkəzi küçələrdə yolayırıcını keçmə qaydaları-sarı kəsişmə toru nişanlanmasının tələbləri pozulur. Hər hansı bir kəsişmədə qeydə alınan klidlənmə ətraf yollarda və digər kəsişmələrdə də hərəkəti çətinləşdirir. Bir neçə sürücünün qaydaları pozması yüzlərlə insanın lüzumsuz yerə tıxacda vaxt itirməsinə, əsəb və stress keçirməsinə səbəb olur.

Digər bir amil qanunsuz parklanmalardır ki, Agentlik tərəfindən buna qarşı ciddi mübarizə tədbirləri aparılır. Xüsusən də, avtobus dayanacaqlarının digər nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi sıxlıqların yaranmasına səbəb olur.

Səbəblər sırasında qeyri-formal sərnişindaşımalar da qeyd olunmalıdır. Bu cür fəaliyyətlə məşğul olan sürücülər avtomobillərini əsasən avtobus dayanacaq məntəqələrində, ikinci hərəkət zolağında, kəsişmələrdə və digər qadağan olunan yerlərdə park edərək ümumi nəqliyyat axınına maneə yaradırlar.

Qeyri-formal daşımalar, həmçinin yollarda nəqliyyat axınını süni şəkildə artırır. Yəni bir istiqamətdə iritutumlu avtobusla gedəcək sərnişinlər səyahətlərini beş-altı minik avtomobilləri ilə edirlər ki, bu da yollarda əlavə ləngimələr yaradır. Süni sıxlıq halları bir çox hallarda sərnişinlərin qeyri-formal daşımalardan istifadəsini təşviq etmək üçün məqsədli təşkil edilir.

Süni sıxlıq və tıxac yaradan məqamlardan biri də gün ərzində baş verən yol nəqliyyat hadisələri, nasaz nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində qalması hallarının çoxluğudur.

Bəzi hallarda yol infrastrukturunda olan çatışmazlıqlar, o cümlədən də butulka effektləri də sıxlıq və tıxac hallarına səbəb olur. Bu məsələlərin hər biri diqqətdə saxlanılır, aradan qaldırılması istiqamətində qısa və uzunmüddətli tədbirlər icra edilir.

Son günlər müşahidə olunan vəziyyət bir daha avtobus zolaqların artırılması və bir şəbəkə formasında təşkilinin zərurililiyini göstərir. Eyni zamanda, digər avtomobil sürücülərinin bu zolaqların tələbinə riayət etməsinə nəzarət də gücləndirilməlidir. Bu, həm gün ərzində iki milyon yarımdan çox ictimai nəqliyyat istifadəçisinin rahatlığı və tıxacda qalmaması, həm də şəxsi nəqliyyat vasitələrindən istifadənin azalması baxımından vacibdir.

Paylaş:
454

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər