Bakıda direktor bir gündə 67 müəllimi işdən qovdu - QALMAQAL | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda direktor bir gündə 67 müəllimi işdən qovdu - QALMAQAL

17:51 - 01 / 10 / 2021
Bakıda direktor bir gündə 67 müəllimi işdən qovdu - QALMAQAL

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 67 müəllimi işdən çıxarılıb.

1news.az bakupost-a istinadən xəbər verir ki, çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir.

Müəllimlərin işdən çıxarılması ilə bağlı əmri Kollecin direktoru Nərmin Qaralova verib. O birdən-birə bu qədər müəllimi Təhsil naziri Emin Əmrullayevin tapşırığı ilə işdən çıxardığını bildirib. Təhsil Nazirliyinə üz tutan müəllimlərə isə belə bir qərardan nazirin xəbərinin olmadığı bildirilib.

İşlərini itirən müəllimlər bu qərarın heç bir qanuna söykənmədiyini, hüquqlarının pozulduğunu bildiriblər.

Xatırladaq ki, N. Qaralova bir müddət əvvəl tələbəni təhqir etməsi ilə mətbuatın gündəminə gəlmişdi.

1news.az

Paylaş:
474

Son xəbərlər

Bütün xəbərlər