Bu gündən ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında əyani tədrisə başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında əyani tədrisə başlanılır

09:43 - 01 / 10 / 2021
Bu gündən ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında əyani tədrisə başlanılır

Oktyabrın 1-dən etibarən Azərbaycanda ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında əyani tədrisə başlanılır.

1news.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında" Qərarında öz əksini tapıb.

Bakıda məktəb direktorları ilə əyani təhsilə hazırlıq məsələləri müzakirə olunub.

2021-2022-ci tədris ilində respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 min 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.

1news.az

Paylaş:
272

Son xəbərlər

Bütün xəbərlər