128 gün komada qaldı, 25 yaşına 34 gün qalmış şəhid oldu... – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

128 gün komada qaldı, 25 yaşına 34 gün qalmış şəhid oldu... – FOTO

S.Xankişiyeva12:26 - 01 / 10 / 2021
128 gün komada qaldı, 25 yaşına 34 gün qalmış şəhid oldu... – FOTO

Tacəddin İsmayılzadə 2016-cı ildə ali təhsilini dondurub həqiqi hərbi xidmətə yola düşür. Aprel döyüşlərində iştirak edir.

Döyüşlər zamanı general-mayor Polad Həşimovun şücaətlərinə şahidlik edir və ona böyük rəğbəti yaranır. Ötən ilin iyulunda qeneralın şəhid olduğunu eşidəndə isə sonra cəbhəyə könüllü getmək üçün hərbi komissarlığa yollanır. Vətən müharibəsi başlayanda isə sentyabrın 29-da ön cəbhəyə yola düşür. Oktyabrın 8-dən 9-na keçən gecə Füzuli uğrunda gedən ağır döyüşlərdə başından beş qəlpə, bir güllə yarası alır. 128 gün komada qalan Tacəddin 2021-ci il fevralın 12-də, 25 yaşına 34 gün qalmış şəhidlik zirvəsinə ucalır. Ölkə başçısının sərəncamları ilə ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunur.

Vətən müharibəsi şəhidi İsmayılzadə Tacəddin Vüqar oğlu 1996-cı il martın 17-də Sumqayıt şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2013-cü ildə Sumqayıt Dövlət Universitetinin biologiya fakültəsinə daxil olsa da 2016-cı ilin yanvarında akademik məzuniyyət götürərək həqiqi hərbi xidmətə yola düşür. Aprel döyüşləri başlayanda Tacəddin 4 ayın əsgəri idi. Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak edir. Hərbi xidməti fərqlənmə ilə bitirir.

Şəhidin anası Aygün Məmmədova AZƏRTAC-a övladı barədə qürurla danışır. Nə qədər çətin olsa da, ana övladından danışmaqdan doymur: “Tacəddin çox sakit, cəsur, mehriban, Vətənini, millətini sevən, böyük-kiçik yeri bilən, ailəcanlı oğul idi. Onu tanıyanların böyük hörmətini qazanmışdı. Aprel döyüşləri zamanı Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun necə mərd, vətənpərvər, xeyirxah bir insan olduğuna şahid olmuşdu. Polad Həşimova xüsusi sevgisi və rəğbəti var idi. Hərbi xidməti başa vurandan sonra təhsilini davam etdirmək üçün vəsait toplamaq istəyirdi. Bu məqsədlə qardaşı ilə Türkiyəyə işləməyə getmişdi. Tovuz döyüşləri dövründə Tacəddin evə məzuniyyətə gəlmişdi. General-mayorun şəhadət xəbərini eşidəndə çox sarsıldı. Oğlum yerində qərar tuta bilmirdi. Sumqayıt sakinləri mərhum generalın cənazəsini adına layiq formada qarşıladı. Tacəddin də həmin şəxslər arasında idi. Ondan sonra məlum olduğu kimi hər kəs generalın qisasını almaq üçün döyüşə can atırdı, gənclər hərbi komissarlığa axışırdılar. Tacəddin də hərbi komissarlığa müraciət edərək döyüşlərə könüllü yazıldı.

Sentyabrın 27-də müharibə başladı. Döyüşlərə gedəcəyi günü səbirsizliklə gözləyirdi. Sentyabrın 29-da birbaşa ön xəttə yola düşdü. Bir ana kimi çox narahat idim. Müharibənin ilk iki günündə şəhid xəbərləri ürəyimi yaralamışdı. Son dəfə evdən çıxanda ağladım, birdən şəhid olsan neyləyərəm dedim? Güldü, “nə sən mənə qorxaq kimi gizlənməyi yaraşıdırarsan, nə də mən bunu edərəm. Şəhidlik uca zirvədir. Şəhid olsam, peyğəmbər ayağı altında dəfn olunmuş kimi olaram”, dedi. Tacəddin Ağdam, Xocavənd, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzuli istiqamətində qızğın döyüşlərdə başından 5 qəlpə və bir güllə yarası alıb. Oktyabrın 9-dan 14-dək Füzulidə hospitalda müalicə aldı. Oktyabrın 14-də vəziyyəti ağır olduğundan Bakıya gətirildi. Müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirildi. Tacəddinin beyni çox ciddi xəsarət almışdı, ağ ciyərləri yaralı idi, ödü, kor bağırsağı, mədəsi çıxarılıb yerinə trubka taxılmışdı. Yenə də ümidimi itirmədim. Xalqımız da mənimlə bərabər dua edirdi. Beyin ölümü keçirmişdi, amma yenə nə vaxtsa, möcüzə olacağına inanırdım. Ta ki fevralın 12-si günorta saat 3 radələrinə qədər... Tacəddinin ürəyi dayandı dedilər. İnanmadım, nə qədər səsləsəm də oğlum ayılmadı, şəhid oldu. Fevralın 13-də qəhrəman oğlumu Sumqayıtda Şəhidlər xiyabanında torpağa tapşırdım”.

A.Məmmədova bir şəhid ailəsi kimi dövlət dəstəyindən razılığını ifadə edib: “Övladım şəhid olandan sonra dövlət bizdən qayğısını əskik etmədi. Səlahiyyətli qurumların nümayəndələri də tez-tez maraqlanırlar. Sumqayıtda 19 nömrəli yataqxanada qalırdıq. Ötən ay elə Sumqayıt şəhərində yerləşən “Stansiya Sumqayıt” yaşayış massivində ikiotaqlı mənzillə təmin olunduq. “YAŞAT” Fondu da tibb istiqaməti üzrə ehtiyacımızı qarşılamaq üçün 2500 manat vəsait ayırdı. Övladım komada olan müddətdə tibb işçiləri də əllərindən gələni etdilər, oğlumun qulluğunda canla-başla durdular. Bizim üçün nə qədər ağır olsa da, hər dəfə övladlarımızın məzarında tər çiçəklər görəndə təsəlli tapırıq ki, xalqımız öz qəhrəmanlarını unutmur, onlara dəyər verir. Bir şəhid anası kimi hər zaman hörmətlə yanaşırlar. Buna görə də hər kəsə minnətdaram. Övladlarımızın qisasının alınması və torpaqlarımızın azad edilməsi şəhid ailələrinə az da olsa təskinlik verir”.

Paylaş:
575

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər