Bir ayda işğaldan azad edilmiş ərazilərdə 512 mina aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir ayda işğaldan azad edilmiş ərazilərdə 512 mina aşkarlanıb

Qafar Ağayev15:23 - 04 / 10 / 2021
Bir ayda işğaldan azad edilmiş ərazilərdə 512 mina aşkarlanıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq statistik məlumatları açıqlayıb.


ANAMA-dan 1news.az-a bildirilib ki, sentyabrın 1-dən oktyabrın 2-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 429 piyada əleyhinə mina, 83 tank əleyhinə mina və 533 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 962 hektar ərazi mina və PHS-lardan təmizlənib.

Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər