“Ailə zorakılığı, və bu münaqişəni yaradan səbəblər” – “Çıxışa doğru”da MÜZAKİRƏ

Azərbaycan cəmiyyətində müşahidə edilən ailə zorakılığı halları digər cəmiyyətlərdə baş verən zorakılıq halları ilə oxşardırmı və bu haqda araşdırmalar onun hansı – yerli, yoxsa beynəlmiləl bir problem olduğunu ortaya qoymuşdur?
Ailə zorakılığının qarşısının alınması üçün nə kimi tədbirlər görülməlidir, bunun həlli kimlərdən asılıdır və həlli nə kimi əhəmiyyətə malikdir? Bu kimi suallara cavab tapmaq üçün mütəxəssis fikirlərini öyrənmək daha məqsədəuyğundur. Ailə zorakılığının baş vermə səbəblərini və eləcə də nəticələrini öyrənərkən onun qarşısının alınması və həllində dövlət və cəmiyyətin birgə təşəbbüs göstərməsi də vacibdir.
1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Ailə zorakılığı, və bu münaqişəni yaradan səbəblər” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Ailə və uşaq psixoloqu Əfsanə Rüstəmova, AQUPDK - nın hüquq şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə və "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:



