Bakıda məktəbdə bir sinifdə 3 şagird koronavirusa yoluxdu, sinif bağlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məktəbdə bir sinifdə 3 şagird koronavirusa yoluxdu, sinif bağlandı

Qafar Ağayev14:54 - 05 / 10 / 2021
Bakıda məktəbdə bir sinifdə 3 şagird koronavirusa yoluxdu, sinif bağlandı

162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVİD-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Bu barədə 1news.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

İdarədən qeyd olunub ki, hazırda məktəbdə əyani təhsil davam edir

"Paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub. Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır" - deyə sorğunun cavabında bildirilib.

Paylaş:
442

Son xəbərlər

Bütün xəbərlər