Tovuzda qəzada bir nəfər ölüb, 5 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda qəzada bir nəfər ölüb, 5 nəfər yaralanıb

10:07 - 05 / 10 / 2021
Tovuzda qəzada bir nəfər ölüb, 5 nəfər yaralanıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, "Prado" ilə "Mercedec" avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, 5 nəfər yaralanıb.

Ölən şəxs rayonun Kirən kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərov Samir Elman oğludur.

Xəsarət alanlar isə Kirən kənd sakinləri – 1999-cu il təvəllüdlü Səməndərov Yasin Afiq oğlu, 1986-cı il təvəllüdlü Rzayev Muxtar Kamandar oğlu, 1997-ci il təvəllüdlü Əyyubov Anar Mahir oğlu, 1989-cu il təvəllüdlü Cəfərov Samir Fərmail oğlu, 1995-ci il təvəllüdlü Nərimanov Sərxan Mahir oğludur. Yaralılardan Əyyubov Anar Mahir oğlunun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
269

Son xəbərlər

Bütün xəbərlər