Bakıda valideynləri 2 yaşlı uşaqlarından imtina etdilər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda valideynləri 2 yaşlı uşaqlarından imtina etdilər - FOTO

12:15 - 05 / 10 / 2021
Bakıda valideynləri 2 yaşlı uşaqlarından imtina etdilər - FOTO

Bakıda ailəsi 2 yaşlı uşaqlarından imtina ediblər. Buna görə də azyaşlı Qadın və Uşaq Sığınacağına yerləşdirilib.

1news.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib:

"2 yaşlı balacanı ailə qonşuya müvəqqəti baxması üçün qoyub. Neçə gündür uşağı götürmədiklərinə görə qonşu uşağın atasına zəng edib və atası bildirib ki, mənə uşaq lazım deyil. Anaya isə zəng çatmır. Qonşu bildirir ki, artıq balacaya baxa bilmir, buna görə də uşağı sığınacağa gətirib".

Qeyd edək ki, valideyinlərin bu hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi şəkildə tənqid olunub. İstifadəçilərdən biri isə bu cür valideynlərin cinayət məsuliyyətinə cəlb olunması üçün qanunericilikdə dəyişiklik edilməsinin vacibliyini vurğulayıb.

1news.az

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər