Yol polisindən manevr qaydalarını pozan sürücülərə XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisindən manevr qaydalarını pozan sürücülərə XƏBƏRDARLIQ

Qafar Ağayev14:46 - 06 / 10 / 2021
Yol polisindən manevr qaydalarını pozan sürücülərə XƏBƏRDARLIQ

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) paytaxt ərazisində hərəkət zolağını tez-tez dəyişərək manevr qaydalarını kobud şəkildə pozan sürücülərə xəbərdarlıq edib.

1news.az-ın xəbərinə görə, İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli AZƏRTAC-a bildirib ki, paytaxt ərazisində xidmət zamanı, eləcə də xüsusilə texniki vasitələrlə aşkarlanan qayda pozuntuları arasında hərəkət zolağını tez-tez dəyişərək manevr qaydalarını kobud şəkildə pozan və bununla da hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradan sürücülərə tez-tez rast gəlinir. Bu, onu göstərir ki, sürücülər gün ərzində, xüsusilə günün pik saatlarında müəyyən məsafəni daha qısa zamanda qət etmək üçün yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Belə ki, “Yol hərəkəti haqqında” qanuna görə, zolaqların tez-tez dəyişdirilməsi özü manevr qaydalarının pozulması kimi qiymətləndirilir. Eyni zamanda, bu hərəkətlər digər sürücülər, eləcə də yolu keçən piyadalar üçün ciddi narahatlıq yaradır. Bu cür əməlləri edən sürücülər bəzən hesab edirlər ki, onlar müəyyən müddətdə həmin məsafəni daha tez qət edəcəklər. Lakin paytaxt ərazisində sürücülər bilməlidirlər ki, tez-tez rastlaşdıqları yolayrıcları, işıqforlar var. Həmin sürücülər yolların hərəkət istiqamətlərini kobud şəkildə pozurlar.

“Sürücülərə bir daha xəbərdarlıq edirik ki, belə qayda pozuntularına yol verməsinlər. Bu, yolun ümumi nizamına təsir edən əsas amillərdən biridir. Həmçinin belə hallar zamanı tez-tez yol-nəqliyyat hadisələri də baş verir ki, bu da yollarda süni sıxlıqların yaranmasına səbəb olur. Bu cür manevr qaydalarının kobud şəkildə pozulması əslində onları digər yerlərdə dayanmağa məcbur edir. Sürücülər nəzərə alsınlar ki, paytaxtın hər bir küçə və prospektində xüsusi texniki vasitələr quraşdırılıb. Yol polisi olmayanda da biz bu qayda pozuntularını aşkarlayıb, sürücülərin barəsində qanunamüvafiq tədbir görürük”, - A.Əsgərli vurğulayıb.

Paylaş:
381

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər