“Zəfər” kolleksiyasını hazırlayacaq gənclər təlimlərə başladılar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Zəfər” kolleksiyasını hazırlayacaq gənclər təlimlərə başladılar - FOTO

Qafar Ağayev16:20 - 06 / 10 / 2021
“Zəfər” kolleksiyasını hazırlayacaq gənclər təlimlərə başladılar - FOTO

Yaddaşlarımıza əbədi həkk olunan Vətən müharibəsinin ildönümü münasibəti ilə “Azərxalça” ASC-nin həyata keçirdiyi tədbirlər arasında “Zəfər” kolleksiyasının xüsusi yeri var.

1news.az xəbər verir ki, iyul ayında elan olunan müsabiqənin artıq seçmə mərhələsi sona çatıb. Mərhələni uğurla keçən 14 gənc, istedadlı rəssam və dizaynerlərlə oktyabr ayının 1-də “Book Center”də görüş baş tutub. Görüşdə “Azərxalça” ASC İdarə Heyətinin Sədri Emin Məmmədovla yanaşı, "Azərxalça" ASC-nin kreativ direktoru, fəlsəfə üzrə doktor, layihənin kuratoru, dosent Əsmər Abdullayeva, təlimçilər və cəmiyyətin layihə iştirakçısı olan digər çıxışçılar iştirak ediblər. Gənc dizaynerlər görüş zamanı layihənin kuratoru, dəvət olunmuş çıxışçılar və eləcə də təlimlərin proqramı ilə tanış olublar.

Bundan əlavə, Emin Məmmədov da çıxış edərək seçmə mərhələni keçmiş gənclərə təlimlərdə uğurlar arzulayıb və yaradılmış şəraitdən çox faydalı şəkildə istifadə etməyi məsləhət görüb.

Gənclər üçün ilk təlim oktyabr ayının 5-də sənətşünas, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın başçılığı ilə Milli Xalça Muzeyində baş tutub.

“Azərbaycan Milli Xalça Muzeyi”nın kolleksiyasının toplanması və fəaliyyəti mövzusunda təlimlər iki mərhələdə təşkil olunub. Əvvəlcə “Xalça Muzeyi” və onun kolleksiyası ilə əyani tanış olan gənclər daha sonra təlimə dəyirmi masa arxasında davam ediblər. Şirin Məlikova geniş mühazirədən sonra gəncləri maraqlandıran suallara cavab verib.

Xatırladaq ki, layihə çərçivəsində gənclərə yerli təlimçilərlə yanaşı, Prof. Karim Mirzae, Prof. Ali Nasir kimi dünyaca məhşur xalçaçılar biliklərini çatdırırlar.

Sonda bütün iştirakçılar öz ideyaları ilə çıxış edəcək və ərsəyə gələn kolleksiya məhsullarından sərgi təşkil olunacaq.

İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbəsi olmayıb. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Bu möhtəşəm qələbəni “Azərxalça” ASC özünün gənclərlə birlikdə hazırlayacağı “Zəfər” kolleksiyası ilə tarixə ilmələrlə yazacaq!

Paylaş:
548

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər